...

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səsvermədə iştirak edib (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 11:41 (UTC +04:00)
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev 16 saylı Yasamal ikinci seçki dairəsinin 20 saylı məntəqəsində səs verib.
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səsvermədə iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev 16 saylı Yasamal ikinci seçki dairəsinin 20 saylı məntəqəsində səs verib. Trend-in məlumatına görə, Qüdrət Həsənqiliyev xanımı ilə birgə səsverməyə gəlib.

Səsvermədən sonra jurnalistlərə açıqlama verən Q.Həsənquliyev bildirib ki, seçki elə bir səviyyədə keçirilməlidir ki, heç kəs onun legiyimliyini şübhə altına almasın: "Azərbaycanın Daqlıq Qarabağ kimi problemi var. Bizim ölkənin imici beynəlxalq aləmdə yüksək olmalıdır. Biz demokratik ölkə kimi insan hüquqlarının aliliyini tanımalıyıq. Düşünürəm ki, iqtidar öz məsuliyyətini başa düşür və çalışmalıdır ki, seçkilər beynəlxalq standartlara uyğun keçsin".

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti