...

Almaniya Parlamentinin deputatı: Apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 13:22 (UTC +04:00)
İndiyədək apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Almaniyadan olan müşahidə missiyasının üzvü, Almaniya parlamentinin deputatı Ermin Valter Nadler bildirib.
Almaniya Parlamentinin deputatı: Apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Əhmədova/

İndiyədək apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Almaniyadan olan müşahidə missiyasının üzvü, Almaniya parlamentinin deputatı Ermin Valter Nadler bildirib.

Qeyd edək ki, Ermin Valter və Almaniyadan olan digər deputat Heinz Jozef Donhauser Nəsimi-Səbail rayon 23 saylı Seçki Dairəsinin 26 saylı məntəqəsində müşahidə aparır.

Deputat E. Valter bildirib: "Biz artıq bir neçə seçki məntəqəsində olmuşuq. İndiyədək apardiğimiz müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir. İndiyədək heç bir neqativ hal qeydə alınmayıb".

Ermin Valterin sözlərinə görə, səsverməyə gələnlər arasında qadınların çoxluğu müşahidə olunur.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti