...

Slovakiyalı parlamentari: Azərbaycanda seçkilər demokratik şəraitdə keçirilir

Siyasət Materials 9 Oktyabr 2013 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/

"İnsanlar yaxşı əhval-ruhiyyədə idi, demokratik qaydada gəlib səs verirdilər". Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərini müşahidə edən Slovakiya Parlamentinin üzvü Pavel Qoqa jurnalistlərə deyib.

P.Qoqa bildirib: "Bir sıra seçki məntəqələrində seçkiləri müşahidə etdik. Hər şey yerli-yerində təşkil olunmuşdu. Hər hansı bir problem müşahidə etmədik. Seçkilərdə çox gözəl mühit müşahidə etdim, deyə bilərəm ki, seçkilər demokratik şəraitdə keçirilir".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti