Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Suriya prezidenti Bəşər Əsəd gələn il keçirilməsi planlaşdırılan prezident seçkilərində namizədliyini irəli sürə bilər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Bəşər Əsəd Livanda yayımlanan Əl-Məyadin televiziyasına müsahibəsində deyib.
"Seçkilərin vaxtı bəlli olmadığından namizədliyin irəli sürülməsilə bağlı konkret fikir söyləmək olmaz. Amma şəxsi qənaətim ondan ibarətdir ki, namizədliyimin irəli sürülməsinə hər hansı maneə yoxdur" - deyə Əsəd bildirib.