...

İsrail sabiq müdafiə nazirinin ekstradisiyası məsələsinə qarışmır

Siyasət Materials 31 Oktyabr 2013 10:43 (UTC +04:00)
İsrail Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvilinin Fransadan ölkəsinə ekstradisiyası məsələsinə qarışmır. Trend-in məlumatına görə, bunu Bunu Tbilisiyə səfərə gələn İsrailin xarici işlər nazirinin müavini Zeev Elkin bəyan edib.
İsrail sabiq müdafiə nazirinin ekstradisiyası məsələsinə qarışmır

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

İsrail Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvilinin Fransadan ölkəsinə ekstradisiyası məsələsinə qarışmır. Trend-in məlumatına görə, bunu Bunu Tbilisiyə səfərə gələn İsrailin xarici işlər nazirinin müavini Zeev Elkin bəyan edib.

"Bu, Fransa və Gürcüstan məhkəmələrinin işidir və o, İsrailin məhkəmə sisteminə heç cür toxunmur". Eyni zamanda Zeev Elkin bu məsələnin Fransa və Gürcüstan məhkəmələrinin həll etdiyini qeyd edib. Fransanın Lacivərd sahilində saxlanılan, Gürcüstan və İsrail vətəndaşlığına malik olan Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvili Fransa məhkəməsinə onun vətənə ekstradisiyası proseduruna baxılması zamanı həbsdən azad edilməsi barədə xahişlə müraciət edib.

Gürcüstanın sabiq nazirinin vəkilləri də müvafiq sorğu ilə müraciət ediblər. Sorğuya oktyabrın 31-də Eks-an-Provans şəhərinin məhkəməsində baxılacaq.

Xatırladaq ki, Gürcüstan hakimiyyəti David Kezeraşvilini dövlət büdcəsindən 12 milyon dollar vəsaiti mənimsəməkdə günahlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti