...

Tacikistanda prezident seçkilərində səsvermə başa çatdı

Siyasət Materials 6 Noyabr 2013 19:00 (UTC +04:00)
Noyabrın 6-da Tacikistanda prezident seçkilərində səsvermə başa çatıb. Məntəqələr yerli vaxtla saat 06:00-dan 20:00-dək (Bakı vaxtı ilə saat 05:00-dan 19:00-dək) açıq olub.
Tacikistanda prezident seçkilərində səsvermə başa çatdı

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Noyabrın 6-da Tacikistanda prezident seçkilərində səsvermə başa çatıb. Məntəqələr yerli vaxtla saat 06:00-dan 20:00-dək (Bakı vaxtı ilə saat 05:00-dan 19:00-dək) açıq olub.

Trend-in məlumatına görə, səsvermə hüququna 4 milyon 35 min Tacikistan vətəndaşı malik olub. Səsvermə dövlətin ərazisindəki 3158 məntəqədə və ölkə hüdudlarından kənarda 61 məntəqədə keçirilib.

Tacikistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının məlumatına görə, ölkədə bütün seçki dairələrində yerli vaxtla saat 18:00-a qədər 3 380 068 nəfər səs verib ki, bu da seçicilərin ümumi sayının 80,3 faizini təşkil edir.

Prezidentliyə 6 namizəd, o cümlədən hazırkı Prezident Emomali Rahmon qeydiyyata alınıb.

Tacikistan Prezidenti postu uğrunda, habelə Kommunist Partiyasının katibi, parlamentin deputatı İsmoil Talbakov, Demokratik Partiyanın sədri Saidcafar İsmonov, Sosialist Partiyasının sədri Abdulhalim Qaffarov, Aqrar Partiyanın nümayəndəsi Tolibbek Buxoriyev və İqtisadi İslahatlar Partiyasının sədri Olimcon Boboyev mübarizə aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti