...

Cenevrədə İranın nüvə proqramı üzrə danışıqların üçüncü günü başlayıb

Siyasət Materials 9 Noyabr 2013 14:20 (UTC +04:00)
Cenevrədə İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü günü başlayıb.
Cenevrədə İranın nüvə proqramı üzrə danışıqların üçüncü günü başlayıb

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Cenevrədə İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü günü başlayıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, danışıqlarda İran və "altılıq" ölkələrinin (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) nümayəndələri iştirak edirlər.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun mətbuat katibi Maykl Mann bildirib ki, xanım Eşton təmasları və danışıqları davam etdirir.

Bununla belə, o, K.Eştonun hazırda məhz kimlə məsləhətləşmələr apardığını dəqiqləşdirməyib. M.Mann danışıqların üçüncü gününün proqramını açıqlamayıb: "Hər şey gedişatdan asılı olacaq".

Danışıqlarda iştirak etmək üçün dünən ABŞ dövlət katibi Con Kerri, Fransa, Almaniya və Böyük Britaniyanın baş nazirləri Loran Fabius, Gido Vestervelle və Uilyam Heyq Cenevreyə gəliblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da yaxın saatlarda gələcəyi gözlənilir. Onun görüş proqramı açıqlanmır.

L.Fabius bu gün bildirib ki, Fransının mövcud məsələdə razılıq əldə ediləcəyinə dair əminliyi yoxdur: "İndiki mərhələdə heç bir əminlik mövcud deyil".

C.Kerri isə deyib ki, Cenevrədə nüvə proqramı ilə bağlı hələ razılığa gəlinməyib: "Həll edilməmiş bir sıra vacib məsələlər var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti