Azərbaycan, Bakı, 20 noyabr /Trend/
Noyabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskvaya səfər edib.
Trend Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.
Qeyd edək ki, noyabrın 21-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının (MNŞ) 65-ci iclası keçiriləcək.
İclasın gündəliyinə uyğun olaraq, iştirakçılar MDB ölkələrinin Müdafiə nazirliklərinin hərbi əməkdaşlığı ilə bağlı 20-dən artıq məsələyə baxacaqlar.