...

Sergey Lavrov: Xəzəryanı ölkələrin rəhbərləri 2014-cü ilin II yarısında Həştərxanda görüşəcəklər

Siyasət Materials 21 Noyabr 2013 12:48 (UTC +04:00)
Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan rəhbərlərinin görüşəcəkləri növbəti Xəzər sammitinin 2014-cü ilin ikinci yarısında Həştərxanda keçirilməsi planlaşdırılır.
Sergey Lavrov: Xəzəryanı ölkələrin rəhbərləri 2014-cü ilin II yarısında Həştərxanda görüşəcəklər

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan rəhbərlərinin görüşəcəkləri növbəti Xəzər sammitinin 2014-cü ilin ikinci yarısında Həştərxanda keçirilməsi planlaşdırılır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində hazırda Moskvada keçirilən xüsusi işçi qrupunun 34-cü iclasının açılışında iştirak edən rusiyalı nazir bildirib: "Biz əminik ki, 2010-cu ildə Bakıda Xəzəryanı dövlətlərin rəhbərlərinin qəbul etdikləri qərarların həyata keçirilməsi üçün görülən işlər gələn ilin ikinci yarısında Həştərxanda keçirilməsi planlaşdırılan dördüncü, növbəti Xəzər sammitinə hazırlığa başlamağa imkan verir".

Nazir əlavə edib ki, liderlər qarşısında əvvəllər əldə olunan razılaşmaları hərtərəfli təhlil etmək, regional sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə işlərin prioritetlərini təsdiqləmək durur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti