...

Azərbaycan milli təhlükəsizlik orqanlarının 95 illiyinə həsr olunmuş yubiley medalı təsis edilib

Siyasət Materials 22 Noyabr 2013 17:34 (UTC +04:00)
Azərbaycanın milli təhlükəsizlik orqanlarının 95 illiyinə (1919-2014) həsr olunmuş yubiley medalı təsis edilib.
Azərbaycan milli təhlükəsizlik orqanlarının 95 illiyinə həsr olunmuş yubiley medalı təsis edilib

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın milli təhlükəsizlik orqanlarının 95 illiyinə (1919-2014) həsr olunmuş yubiley medalı təsis edilib.

Trend-in məlumatına görə, bu gün Milli Məclis "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklikləri qəbul edib.

Bu medalla Azərbaycanın milli maraqlarının daxili və xarici təhlükələrdən müdafiəsi zamanı, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində, dövlət sirrinin mühafizəsi, cinayətkarlığa qarşı mübarizə zamanı milli təhlükəsizlik orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən yüksək nəticələrə nail olmuş, fərqlənmiş hərbi və mülki qulluqçular, veteranlar təltif olunacaqlar.

Bu medalla, həmçinin milli təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və milli təhlükəsizlik orqanlarının inkişafında xüsusi xidmətlərə malik digər şəxslər də mükafatlandırılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti