...

İran səfirliyinin Mədəniyyət Mərkəzinin məsul şəxsi viza müddətinin sona çatması səbəbindən Azərbaycandan çıxarılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 Noyabr 2013 17:37 (UTC +04:00)
İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə işləri üzrə məsul şəxsi Əhməd Əhmədzadə Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə və viza müddətinin sona çatması səbəbindən noyabrın 21-də Bakıdan Tehrana qayıdıb.
İran səfirliyinin Mədəniyyət Mərkəzinin məsul şəxsi viza müddətinin sona çatması səbəbindən Azərbaycandan çıxarılıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (ilk xəbər 10:15-də yayılıb)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.Mehdiyev/

İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə işləri üzrə məsul şəxsi Əhməd Əhmədzadə Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə və viza müddətinin sona çatması səbəbindən noyabrın 21-də Bakıdan Tehrana qayıdıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsinin müdiri Seyid Məhəmməd Ayətullahi səfirliyin əməkdaşı Ə.Əhmədzadənin ölkədən çıxarılması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ə.Əhmədzadə qeydiyyat müddətinin bitməsi səbəbindən noyabrın 19-da Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu hadisədən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar və nazirliyin səyləri nəticəsində Ə.Əhmədzadə saxlanılandan təxminən 1 saat sonra azad edilib.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin müdaxiləsi barədə Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub və məsələ araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti