...

İran və Azərbaycan sərhədçilərinin müştərək komissiyasının növbəti iclası dekabrda keçiriləcək

Siyasət Materials 27 Noyabr 2013 10:49 (UTC +04:00)
İran və Azərbaycan sərhədçilərinin müştərək komissiyasının növbəti iclası dekabr ayında keçiriləcək.
İran və Azərbaycan sərhədçilərinin müştərək komissiyasının növbəti iclası dekabrda keçiriləcək

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir T.Cəfərov/

İran və Azərbaycan sərhədçilərinin müştərək komissiyasının növbəti iclası dekabr ayında keçiriləcək. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Pakayin bildirib ki, iclasda Culfa sərhəd-keçid məntəqəsində yeni körpünün istifadə edilməsi məsələsi müzakirə olunacaq.

Səfir deyib ki, Culfa sərhədində köhnə körpünün 30 tondan artıq yüklərin aparılması üçün yararsız olması həm İran, həm də Azərbaycan mütəxəssisləri tərəfindən təsdiqlənib.

M.Pakayin əlavə edib ki, Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov dünən Tehranda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb: "Azərbaycan və İran qonşu ölkədir və onlar arasında uzun sərhədlər mövcud olduğundan sərhədlərdə bu cür problemlərin yaranması təbiidir. Bu təbii halların baş verməsi iki ölkə arasında gərginlik mənasında deyil və iki tərəfin dostluq atmosferində apardığı müzakirələrlə həllini tapacaq. Necə ki, aparılmış müzakirələr nəticəsində sərhədlər açıldı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti