ABŞ Milli Təhlükəsizlik Agentliyi bütün dünya üzrə mobil zəngləri dinlədiyini təsdiq edir

Siyasət Materials 7 Dekabr 2013 07:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi bütün dünya üzrə mobil telefonlardan edilən zənglər haqqında məlumat topladığını təsdiq edir, lakin bu halda heç bir qanun pozuntusuna yol vermədiyini bildirir. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Agentliyin rəsmi nümayəndəsi xanım Vens Vayns bəyan edib ki, belə fəaliyyət Prezidentin xarici kəşfiyyatla mübarizə haqqında 12333 nömrəli fərmanına uyğun olaraq həyata keçirilir.

V.Vayns ABŞ-ın xüsusi xidmət orqanlarının terrorçu və casuslarla mübarizə məqsədilə belə fəaliyyətlə məşğul olduğunu inkar etməyib, lakin bu işin xaricdə görüldüyünü qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti