Albaniyanın Baş naziri Azərbaycana səfərə gəlib

Siyasət Materials 16 Dekabr 2013 21:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Albaniya Respublikasının Baş naziri Edi Rama "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da Azərbaycana səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Albaniya Respublikasının Baş naziri Edi Ramanı hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti