...

Müsavat Partiyası başqanının müşaviri: Yaşadıgımız siyasi hadisələri analiz edərək istefa verdim

Siyasət Materials 20 Dekabr 2013 14:23 (UTC +04:00)
Müsavat Partiyası başqanının müşaviri Yeganə Hacıyeva partiyadan istefa verib. Trend-in məlumatına görə, Y.Hacıyeva öz "Facebook" səhfəsində istefa verməsinə aydınlıq gətirib.
Müsavat Partiyası başqanının müşaviri: Yaşadıgımız siyasi hadisələri analiz edərək istefa verdim

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası başqanının müşaviri Yeganə Hacıyeva partiyadan istefa verib. Trend-in məlumatına görə, Y.Hacıyeva öz "Facebook" səhfəsində istefa verməsinə aydınlıq gətirib.

O qərarını Azərbaycan cəmiyyətinin maraqlarının partiya maraqlarından daha üstün və faydalı olması ilə əlaqələndirib: "Bir neçə həftədir ki, hər şey barəsində ətraflı düşünmək imkanım oldu və düşündüm. Yaşadıgımız siyasi hadisələri analiz etdim. Bir məqamda obyektivliyi partiya maraqları naminə gorməmək seçimi ilə üz-üzə qaldım. Bu maraqlar, hadisələrə düzgün qiymət vermək imkanından başlamış, ona doğru istiqamət təyin etməyə, nəhayət, onu yalnız birliyin gücü ilə pozitivə çevirməyə qədər geniş bir sistemli fəaliyyətdir. Amma çox təəssüf ki, bunu uzun illər qarşılıqlı fayda verdiyim təşkilatda həyata keçirə bilmədim. Bu gündən müstəqil olduğumu bəyan edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti