...

ABŞ rəsmiləri: İran "Cenevrə-2" konfransında iştirak etməyəcək

Siyasət Materials 11 Yanvar 2014 03:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

İran Suriya münaqişəsinin həlli üzrə "Cenevrə-2" konfransında iştirak etməyə dəvət olunmayacaq. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ rəsmiləri, o cümlədən Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşları təsdiq ediblər.

Bununla bağlı bəyanat verən ABŞ rəsmilərindən biri qeyd edib ki, iranlıların yanvarın 22-də Montrödə (İsveçrə) keçiriləcək Suriya problemi üzrə beynəlxalq görüşə qatılmayacağı doğrudur.

Onun sözlərinə görə, İran nə tamhüquqlu iştirakçı, nə də dövlət qismində "Cenevrə-2" konfransında olmayacaq.

Xəbər lenti

Xəbər lenti