...

İran və Türkmənistan sərhədlərdən gediş-gəlişin sadələşdirilməsini müzakirə edəcək

Siyasət Materials 12 Yanvar 2014 17:36 (UTC +04:00)
Bazar ertəsi Tehranda İran və Türkmənistanın konsulluq məsələləri üzrə müştərək iclası keçiriləcək.
İran və Türkmənistan sərhədlərdən gediş-gəlişin sadələşdirilməsini müzakirə edəcək

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir T.Cəfərov/

Bazar ertəsi Tehranda İran və Türkmənistanın konsulluq məsələləri üzrə müştərək iclası keçiriləcək. Trendin məlumatına görə, bu barədə İranın İSNA agentliyi məlumat verir.

Məlumata əsasən, müştərək iclasa İrandan xarici işlər nazirinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi və Türkmənistan xarici işlər nazirnin müavini Vəfa Haciyev sədrlik edəcək.

İki günlik iclas zamanı iki ölkə arasında konsulluq məsələlərinə dair imzalanmış sənədlərə yenidən baxılacaq. Ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi, iki ölkə vətəndaşlarının sərhədlərdən gediş-gəlişinin sadələşdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti