...

Azərbaycan və Rumıniya XİN-ləri siyasi məsləhətləşmələr aparacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Yanvar 2014 14:13 (UTC +04:00)

Təfərrütlar əlavə olunub. (İlk xəbər saat 12:56-da yayılıb)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir S.Əhmədova/

Növbəti aylarda Azərbaycan və Rumıniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rumıniyanın Azərbaycandakı səfiri Daniel Çiobanu jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin XİN-ləri arasında xarici siyasət və ümumi maraq kəsb edən məsələlər üzrə müntəzəm məsləhətləşmələr keçirilir.

Səfir qeyd edib ki, hər iki ölkənin XİN-ləri arasında yaxşı əməkdaşlıq əlaqələri mövcuddur.

Onun sözlərinə görə, Rumıniya Avropanın enerji təhlükəsizliyini təmin edəcək Cənub Qaz Dəhlizinin açılmasını dəstəkləyir. Səfir, həmçinin vurğulayıb ki, hal-hazırda Rumıniya Azərbaycan, Gürcüstan və Macarıstan ilə birlikdə AGRİ (maye qazın Qara Dəniz üzərindən daşınması) layihəsi üzrə işləyir.

Hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı məsələsinı toxunan D.Çiobanu bildirib ki, bu əlaqələrin inkişafı üçün çox yaxşı potensial mövcuddur. Səfir ötən il Rumıniya və Azərbaycan biznesmenlərinin iştirakı ilə keçirilən biznes forumunu xatırladaraq, belə tədbirlərin iqtisadi əlaqələrin inkişafı baxımından vacibliyini qeyd edib: "Mən əminəm ki, növbəti illərdə ölkələrimiz arasında ikitərəfli ticarət dövriyyəsi artacaq".

Səfir vurğulayıb ki, Azərbaycan və Rumıniya arasında birbaşa aviareyslərin açılması çox faydalı olardı. Onun sözlərinə görə, iki ölkənin turizm potensialı maksimum şəkildə istifadə olunmur: "Mən Azərbaycanın bir çox gözəl bölgələrində - Şəki, Qəbələ, Gəncədə olmuşam. Əminəm ki, növbəti ildə xeyli sayda rumıniyalı turist Azərbaycana gələcək. Biz də, həmçinin Azərbaycan turistlərinin Rumıniyaya səyahət etməsini gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti