...

İlham Əliyev "GDF Suez" şirkətinin baş icraçı direktoru ilə görüşüb (FOTO)

Siyasət Materials 23 Yanvar 2014 20:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “GDF Suez” şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşmüşdür.
İlham Əliyev "GDF Suez" şirkətinin baş icraçı direktoru ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "GDF Suez" şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə yüksək səviyyəli əməkdaşlığın yaxşı perspektivlərinin olduğu qeyd edildi, bu əlaqələrin inkişafında "GDF Suez" şirkətinin də xüsusi rolu vurğulandı.

Söhbət zamanı "GDF Suez" şirkəti ilə "Abşeron" qaz yatağı üzrə görülən işlərdən məmnunluq ifadə olundu və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti