Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir R.Hafizoğlu/
2014-cü ilin yanvarında Türkiyənin Hərbi Hava Qüvvələrinin 47 pilotu istefa verib. Trend-in cümə günü "Milliyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yıldız bəyan edib.
Qəzetin yazdığına görə, nazir pilotların istefasının səbəblərini açıqlamayıb.
Bundan əvvəl İ.Yılmaz bildirimişdi ki, iki il ərzində Türkiyədə HHQ-nin 300-ə yaxın pilotu istefa verib.
Onun sözlərinə görə, istefa verənlər "F-16" və "F-4" qırıcılarının pilotları olublar.
Nazir onu da qeyd edib ki, bu pilotların istefası Türkiyə HHQ-də kadr çatışmazlığına gətirib çıxarıb.