Azərbaycanda illik maliyyə hesabatını təqdim etməyən QHT-lər İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaqlar

Azərbaycanda illik maliyyə hesabatını təqdim etməyən QHT-lər İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaqlar

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Prezident İlham Əliyev "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Dəyişikliklərə əsasən qanuna aşağıdakı məzmunda 2.2-1-ci maddə əlavə edilir:
"2.2-1. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış qeyri-kommersiya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumlarıdır.".

2.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:
"Məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasında filial və ya nümayəndəliklərinin yaradılmasına və fəaliyyətinə yol verilmir.".

Aşağıdakı məzmunda 7.1-1-ci maddə əlavə edilir:
"7.1-1. Xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər.".

Aşağıdakı məzmunda 7.4-1-ci maddə əlavə edilir:
"7.4-1. Qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin əsasnaməsində onu yaratmış təşkilatın adı, dövlət qeydiyyatı haqqında məlumatlar (qeydiyyat tarixi, nömrəsi, hüquqi ünvanı, onun qeydiyyatını aparmış qurumun adı), filial və ya nümayəndəliyin hüquqi ünvanı, idarə edilməsi qaydası, rəhbərinin səlahiyyətləri, ləğv olunması qaydası göstərilməlidir.".

7.5-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilir, aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:
"Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər, habelə xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatlarının, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.".

Aşağıdakı məzmunda 10.5-ci maddə əlavə edilir:
"10.5. Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu müəyyən edildikdə qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər.".

Aşağıdakı məzmunda 16.3 və 16.4-cü maddələr əlavə edilir:
"16.3. Qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılmasını tələb edir.
16.4. Qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.".

Aşağıdakı məzmunda 19.7-ci maddə əlavə edilir:
"19.7. Xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilatla birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan Respublikasının ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir.".

20-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:
"Qeyri-hökumət təşkilatı ləğv edildikdə həmin qurum tərəfindən əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar və bu məlumatları təsdiq edən sənədlər hüquqi şəxslərin dövlət reyestrinə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.".

Aşağıdakı məzmunda 22.4-cü maddə əlavə edilir:
"22.4. Qeyri-hökumət təşkilatı peşəkar dini fəaliyyətlə məşğul ola bilməz.".

Aşağıdakı məzmunda 26.4-cü maddə əlavə edilir:
"26.4. İctimai birliyin səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına yol verilmir.".

29.5-ci maddə aşağıdakı redaksiyada verilir:
"29.5. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri öz fəaliyyətinin şəffaflığını təmin etməlidirlər. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri korrupsiya hüquqpozmalarının, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər.".

Aşağıdakı məzmunda 30-1-ci maddə əlavə edilir:
"Maddə 30-1. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi

30-1.1. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30-1.2. Müvafiq icra hakimiyyəti orqanı qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi işinə aidiyyəti dövlət orqanlarının və digər qeyri-hökumət təşkilatlarının nümayəndələrini cəlb etmək səlahiyyətinə malikdir.

30-1.3. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi üçün maneələr yaradan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar.".

31-ci maddənin mətni aşağıdakı redaksiyada verilir:
"31.1. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

31.2. Azərbaycan Respublikası qanunvericiliyinin, eləcə də nizamnamənin müddəalarından irəli gələn tələblərin pozulmasına görə qanunla məsuliyyət müəyyən olunmadığı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatına və ya xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə yazılı surətdə xəbərdarlıq edilir və pozuntuların 30 günədək müddətdə aradan qaldırılması haqqında göstəriş verilir.

31.3. Bu maddədə müəyyən olunmuş hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti məhkəmə qərarı ilə bir ilədək müddətə dayandırıla bilər. Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması əsasları aşağıdakılardır:
31.3.1. qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törətdikdə;
31.3.2. qeyri-hökumət təşkilatı, xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların müəyyən edilmiş müddətdə aradan qaldırılmamasına görə inzibati məsuliyyətə cəlb edildikdən sonra qurum tərəfindən həmin pozuntular aradan qaldırılmadıqda;
31.3.3. qeyri-hökumət təşkilatının icra orqanı tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulması müəyyən edildikdə.

31.4. Qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər.

31.5. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi qanunla müəyyən edilmiş məsuliyyət tədbirlərinin tətbiqi ilə əlaqədar inzibati qaydada və ya məhkəməyə şikayət etmək hüququna malikdir.

31.6. Bu Qanunun 31.3.1-ci və 31.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 31.3.3-cü maddəsində nəzərdə tutulmuş halda isə qeyri-hökumət təşkilatının üzvləri tərəfindən edilir.

31.7. Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqda bu Qanunun 31.3.1-ci və 31.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının, 31.3.3-cü maddəsində müəyyən olunmuş halda isə təşkilatın üzvlərinin müraciəti əsasında qurumun fəaliyyəti məhkəmənin qərarı ilə vaxtından əvvəl bərpa oluna bilər.

31.8. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını bu Qanunun 29.4-cü maddəsində müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır.".

Oktyabrın 30-da manatın dollara qarşı məzənnəsi
Oktyabrın 30-da manatın dollara qarşı məzənnəsi
29 ictimai iaşə müəssisəsinin COVİD-lə bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
29 ictimai iaşə müəssisəsinin COVİD-lə bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
Ermənistana olan "yardım"lar işğalın maliyyələşməsinə xidmət edir
Ermənistana olan "yardım"lar işğalın maliyyələşməsinə xidmət edir
Loading Bars
Xəbər lenti
Türkiyə və Azərbaycana düşmənçilikdən dünya çox şey itirər - Yalçın Topçu TREND BİA-nın “Bakı-İstanbul” telekörpü layihəsində (FOTO/VİDEO)
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - FƏRMAN
Azərbaycanın Kubada Səfirliyi təsis edilib
Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir - Zaxarova
Düşmən Goranboy, Tərtər və Bərdə rayonlarını artilleriya atəşinə tutur
Ermənistanın atəşi ilə Göygöldə baş verən meşə yanğını söndürüldü
Sahibə Qafarova Cümhuriyyət Günü münasibətilə türkiyəli həmkarını təbrik edib
Paşinyanın populist vədləri Azərbaycan Ordusunun zərbələri altında puç olub getdi - Ekspert
Baş Prokurorluq bu gün Goranboyda həlak olan dinc sakinlə bağlı məlumat yaydı
Hər keçən gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır - Deputat
Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatı Ermənistanın mülki vətəndaşları öldürməsi ilə bağlı hesabat hazırlayıb
Ombudsmanın Bərdədə faktaraşdırıcı missiyasının fəaliyyətinə dair video hazırlanıb
Oktyabrın 30-da manatın dollara qarşı məzənnəsi
“Şəxsi gigiyena qaydaları” şagirdlərə 1-ci sinifdən bir fənn kimi keçirilsin - TƏKLİF
Ermənistanın atəşi nəticəsində daha bir dinc sakin həlak oldu
Polis karantin qaydalarına nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Ermənistanla sərhəd zastavasının atəşə tutulması ilə bağlı yayılan məlumat dezinformasiyadır - MN
Bərdə sakinləri Prezidentin və ordunun ətrafında səfərbər olub - Elçin Əmirbəyov
Ermənistanın 543-cü alayı Dağlıq Qarabağa getməkdən itmina edib
Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür - MN
Ermənistanın məqsədi mümkün qədər çox mülki azərbaycanlını məhv etməkdir - Elçin Əmirbəyov
Tural Gəncəliyev kanadalı senatoru Azərbaycan xalqından üzr istəməyə çağırdı
Erməni cəmiyyəti Paşinyan iqtidarının girovluğunda qalmaq istəmir - Bəhruz Quliyev
Bir ayda Ermənistanda 6 yüksək vəzifəli şəxs işdən çıxarılıb - Paşinyan "təqsirkar" axtarır
Azərbaycanlılara doğma evlərinə qayıtmağı arzulayıram - Ronaldinyodan Azərbaycana dəstək (VİDEO)
“Vikipediya”da özbək dilində “Xankəndi talanları” mövzusunda məqalə yaradılıb
Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır - Vüqar Rəhimzadə
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
İranda sutka ərzində 8 293 nəfər koronavirusa yoluxub
Ermənistanın Bərdədə dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı BMT-nin Uşaq Fonduna müraciət edilib
Kamran Əliyev Türkiyənin Ədliyyə naziri, Baş prokuroru və Ali Məhkəməsinin sədri ilə telefonla danışıb
Faşizmin "yeni" tarixini yazan baş nazir - Müharibə Paşinyanın əsl üzünü ortaya çıxardı
Ermənistan bütün İslam dünyasına qarşı düşmən münasibət bəsləyir - Əlcəzairli politoloq
Koronavirusun aşkarlandığı yerlərdə əksepidemik tədbirlər hansı qaydada təşkil olunur?
Bərdə sakinləri Azərbaycan ordusuna arxayındır - Vidadi İsayev
Döyüşlər başlayandan Tərtərə 15 mindən çox mərmi düşüb
BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Bərdədə raketin atıldığı yer təsadüfən seçilməyib - İcra başçısı
Ermənistan Göygölü raket atəşinə tutdu, meşədə yanğın başladı - FHN
29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür
Bərdənin qisası alınır: Düşmən qüvvələri döyüş meydanında məhv edilib - MN (VİDEO)
Ermənistan hərbi-siyasi rəhbərliyi tezliklə cəzasını alacaq - Kamran Əliyev
29 ictimai iaşə müəssisəsinin COVİD-lə bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
BQXK-nin Avropa nümayəndəliyi Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Ermənistan rəhbərliyi o qədər quzğunlaşıb ki, diplomatlar Tərtərdə olanda da atəş açırdılar - Hikmət Hacıyev (FOTO)
Xəstəlik ocaqlarında dezinfeksiya tədbirlərinin vaxtında aparılması vacibdir - Səhiyyə Nazirliyi
"Niyə belə edirsiz, sizin uşaqlarınız yoxdur?" - "New York Times"ın Bərdəyə hücum anından reportajı
Azərbaycan Qarabağı insanların ləyaqətlə və sülh şəraitində yanaşı yaşayacağı çiçəklənən, təhlükəsiz ərazisi kimi görür
Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub
Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
Nazir MDB dövlətlərini Ermənistanın terror hücumlarını pisləməyə çağırıb (FOTO)
Beynəlxalq aləm göz yumduqca Ermənistan terrora davam edəcək - Deputat
30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verilib
Ombudsman Bərdədə faktaraşdırıcı missiya keçirir (FOTO)
Ermənistana olan "yardım"lar işğalın maliyyələşməsinə xidmət edir
Ermənistan sülh istəmir - Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına açıqlama verib (FOTO/VİDEO)
Bərdə faciəsi terrorçu ermənilərin xalqımıza qarşı 200 illik cinayətlərinin davamıdır - Qafqazşünaslıq İnstitutu
Hikmət Hacıyev xarici diplomatlarla Tərtərdədir
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Paşinyan, Bərdəyə raket hücumu ilə böyük səhv etdiniz - Hikmət Hacıyev
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 90-a çatdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından saxta məktublar göndərilir - Xəbərdarlıq
Ombudsman UNICEF-ə etiraz məktubu göndərib: Erməni terroruna göz yumulur
Azərbaycan haqq işi uğrunda mübarizəsindən dönən deyil - Naqif Həmzəyev
Təhsil Nazirliyində vətəndaşların qəbulu dekabrın 1-dək dayandırılır
Raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb (FOTO)
Ermənilər Laçındakı ziyarətgah və məscidləri donuz tövləsinə çeviriblər (FOTO)
Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir - MN
Türk Ticarət-Sənaye Palatası “Azərbaycana dəstək” şüarı ilə növbədənkənar iclas keçirəcək
Terrorla Azərbaycan xalqını haqq yolundan döndərmək mümkün deyil - Əli Əhmədov
Amerika Azərbaycanlıları Şəbəkəsi Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlayıb
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb - MN
Rusiyada koronavirusdan ölənlərin sayında növbəti rekord qeydə alındı
Birinci vitse-prezident Mehriban Əliyeva: Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər
Azərbaycan nefti ucuzlaşıb
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dünya mediasında
Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır - Səfir
Ermənistan xarici diplomatların olduğu Bərdəni atəşə tutur (VİDEO)
YAP Bərdə terroru barədə dünya ictimaiyyətini e-mail məlumatlandırma aksiyasını keçirir
Tərtərə gedirik, atırlarsa atsınlar - Hikmət Hacıyev
İndiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub - RƏSMİ
Mülki insanlara hücum tapşırığı verən Ermənistan rəhbərliyi layiqli cavabını alacaq - Hərbi ekspert
Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirilib
Biz onları iti qovan kimi qovuruq - Azərbaycan Prezidentinin köməkçisi
Dövlət Miqrasiya Xidməti karantin rejiminin uzadılması ilə bağlı əcnəbilərə müraciət edib
Bərdədə baş verən bu hadisə yerli sakinləri qorxuda bilməz - İcra başçısı
Bərdədəki yaralıların 3-ü Bakıya təxliyə edilib
Dünən Bərdəyə 144 ədəd bombacıq atılıb - ANAMA
Gec-tez Ermənistan rəhbərliyi məsuliyyətə cəlb ediləcək - Kamran Əliyev (ƏLAVƏ OLUNUB) (FOTO)
Bu gün Zəngilanın işğalından 27 il ötmür
Əli Əsədov Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidentini təbrik edib
Hikmət Hacıyev və xarici diplomatlar Bərdədədir (FOTO) (ƏLAVƏ OLUNUB)
Geri çəkilməyə məcbur edilən düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri atəşə tutmaqda görür - MN
Xankəndidə doğum evinin bombalanması barədə feyk (FOTO)
Baş Prokurorluq işğaldan azad olunmuş ərazilərdə zərərin müəyyən edilməsindən ötrü istintaq hərəkətləri keçirir
Sumqayıtda xüsusi əməliyyat: Külli miqdarda heroin aşkarlandı (FOTO/VİDEO)
Ermənistan hərbi əməliyyatlara KTMT-ni cəlb etməyə çalışır - Deputat
Bütün xəbərlər