...

Ərdoğan Putinlə görüşəcək

Siyasət Materials 5 Fevral 2014 21:25 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün fevralın 7-də Rusiya Federasiyasına səfər edəcək.
Ərdoğan Putinlə görüşəcək

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün fevralın 7-də Rusiya Federasiyasına səfər edəcək. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Baş nazirin Mətbuat Mərkəzinin açıqlamasına görə, R.T.Ərdoğan Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasiminə qatılacaq.

Türkiyə Baş nazirinin səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə, həmçinin Olimpiya Oyunlarının açılış mərasiminə qatılacaq bir sıra ölkələrin liderləri ilə görüşəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti