...

Bu il Bakıda TÜRKPA-nın plenar iclası keçiriləcək

Siyasət Materials 11 Fevral 2014 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı,11 fevral /Trend, müxbir İ.İzzət/

Bu ilin ortalarında, təxminən yay aylarında Bakıda TÜRKPA-nın plenar iclası keçiriləcək. Bunu Trend-ə açıqlamasında TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının sədr müavini, millət vəkili Sevinc Hüseynova bildirib.

O, həmçinin deyib ki, TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının bu gün Bakıda keçirilən 3-cü iclasında müzakirə olunan məsələlər və qəbul ediləcək qərar da plenar iclasa hazırlıq xarakteri daşıyır.

Millət vəkili qeyd edib ki, TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 4-cü iclası 2014-cü ilin 2-ci yarısında Qazaxıstanda keçiriləcək.

Qeyd edək ki, TÜRKPA Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin yaratdığı ortaq qurumdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti