Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə Baş nazir Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının dinlənilməsi ilə bağlı cinayət işi açılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Sabah" qəzeti yazır.
Cinayət işi çərçivəsində artıq dörd nəfər dindirilib.
Bir müddət əvvəl xəbər veilmişdi ki, Türkiyədə korrupsiya qalmaqalı üzrə işin istintaqı zamanı ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının dinlənildiyi müəyyən edilib.
Türkiyə kəşfiyyatı ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının dinlənildiyi xüsusi cihazın yerləşdiyi yeri müəyyənləşdirib. Bir il əvvəl İstanbul polisinə ciddi korrupsiya pozuntuları haqqında məlumat daxil olub və il ərzində ölkənin bir sıra rəsmi şəxslərinin, eləcə də Baş nazirin telefon danışıqları dinlənilib.
Baş nazirin telefonunun qanunsuz olaraq dinlənilməsi ilə əlaqədar Türkiyənin Telekommunikasiya Rabitəsinin (TİB) rəhbəri Cəmaləddin Çelik vəzifəsindən azad edilib.
Çelik 2012-ci ilədək Türkiyə Milli Kəşfiyyatında (MIT) çalışıb.