...

Prezident İlham Əliyev İnquşetiyanın keçmiş Prezidentini "Dostluq" ordeni ilə təltif edib

Siyasət Materials 19 Fevral 2014 14:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşevi qəbul etmişdir.
Prezident İlham Əliyev İnquşetiyanın keçmiş Prezidentini "Dostluq" ordeni ilə təltif edib

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşevi qəbul etmişdir.

İnquşetiyanın keçmiş Prezidenti Ruslan Auşevin ölkəmizin və xalqımızın böyük dostu olduğunu vurğulayan dövlətimizin başçısı onun regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində fəal iştirak etdiyini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz respublikaları arasında ənənəvi dostluq münasibətlərinin inkişaf etdirilməsində böyük rol oynadığını yüksək dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında əlaqələrin möhkəmləndirilməsi, regionda sülhün və əmin-amanlığın bərqərar olması sahəsində xidmətlərinə görə Ruslan Auşevin Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu dedi və ordeni ona təqdim etdi.

Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşev ona Bakıda Prezident İlham Əliyev tərəfindən Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeninin təqdim olunmasından böyük qürur hissi keçirdiyini dedi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad etdi.

Ruslan Auşev ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin də onda dərin təəssürat yaratdığını dedi.

Qeyd edək ki, Prezident İlham Əliyev Ruslan Auşevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında əlaqələrin möhkəmləndirilməsi, regionda sülhün və əmin-amanlığın bərqərar olması sahəsində xidmətlərinə görə Ruslan Sultanoviç Auşev "Dostluq" ordeni ilə təltif edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti