...

İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

Siyasət Materials 20 Fevral 2014 19:58 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə" və "Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin strukturu" təsdiq edilsin.

Fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi aparatının işçilərinin say həddi 384 ştat vahidi, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun işçilərinin say həddi 50 ştat vahidi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin işçilərinin say həddi 172 ştat vahidi, Nazirliyin regional bölmələri işçilərinin say həddi 86 ştat vahidi müəyyən edilir.

"Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli fərmanında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu" sözləri "Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu" sözləri ilə əvəz edilir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti