...

Əliş Ləmbəranskinin 100 illik yubileyi keçiriləcək

Siyasət Materials 28 Fevral 2014 18:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Əliş Ləmbəranskinin 100 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Əliş Ləmbəranskinin dövlət idarəçiliyinin müxtəlif sahələrində uzunmüddətli səmərəli fəaliyyətini, respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Energetika Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2014-cü ilin may ayında Azərbaycanın tanınmış dövlət xadimi, SSRİ Dövlət mükafatı laureatı Əliş Cəmil oğlu Ləmbəranskinin anadan olmasının 100 illiyi tamam olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti