...

ADA Universitetində "Əfqanıstan kontekstində silahlı qüvvələrə mülki nəzarət" adlı seminar keçirilir

Siyasət Materials 3 Mart 2014 11:56 (UTC +04:00)
Bu gün ADA Universitetində "Əfqanıstan kontekstində silahlı qüvvələrə mülki nəzarət" adlı ("Civilian oversight of the Armed Forces" "in Afghan context") seminar keçirilir.
ADA Universitetində "Əfqanıstan kontekstində silahlı qüvvələrə mülki nəzarət" adlı seminar keçirilir

Azərbaycan, Bakı, 3 mart/ Trend, müxbir S.əhmədova/

Bu gün ADA Universitetində "Əfqanıstan kontekstində silahlı qüvvələrə mülki nəzarət" adlı ("Civilian oversight of the Armed Forces" "in Afghan context") seminar keçirilir.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan Müdafiə Nazirliyinin rəsmiləri, ADA Universitetinin nümayəndələri və ekspertlər iştirak edirlər.

Seminarda çıxış edən Araz Əzimov bildirib ki, Əfqanıstana dini ideologiyadan kənar və demokratik prinsiplər əsasında bir dövlət yaratmaq imkanı verilib. XİN rəsmisi bir neçə spesifik faktoru vurğulayaraq, Əfqanıstanda fəaliyyət göstərən "Taliban" silahlı qruplarının reinteqrasiyası barədə danışıb. O qeyd edib ki, taliblər də etnik əfqanlardır və əfqan xalqının bir hissəsidir. XİN rəsmisi qeyd edib ki, buna görə də bu, barışıq məsələsidir.

A.Əzimov həmçinin ISAF missiyasının əvəzlənməsi məsəlsinə toxunaraq qeyd edib ki, bu, Әfqanıstanda apreldə keçiriləcək prezident seçkilərindən asılı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti