Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.Tariverdiyeva/
Azərbaycan, Rusiya, Türkiyə və Qazaxıstan regionda sabitlik və təhlükəsizlik vektoru yarada bilərlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda öz işinə başlayan, "Şimal-Cənub" Politoloji Mərkəzinin təşkil etdiyi "Qara dəniz-Xəzər regionunun geosiyasəti: təhlükəsizlik problemləri" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı "Şimal-Cənub" Politoloji Mərkəzinin icraçı direktoru Aleksey Vlasov deyib.
Onun sözlərinə görə, keçmiş Sovet məkanında dövlət quruculuğunun yekunlaşması prosesi gedir: "Qeyri-sabitlik hədəsi müxtəlif səbəblərə görə keçmiş Sovet ölkələrinin bir çoxuna təhlükə yarada bilər".
A.Vlasov qeyd edib ki, məsələn, NATO bazalarının keçmiş Sovet məkanında mövcudluğu real qeyri-sabitlik amilidir.