...

Azərbaycanla Kolumbiya arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub

Siyasət Materials 4 Mart 2014 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın ölkəmizdə yeni açılmış səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Jose Jater Penanı qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında iki ölkə arasında siyasi, iqtisadi, mədəni və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə müzakirələr aparılıb.

Kolumbiyanın Bakıda səfirliyinin fəaliyyətə başlamasının əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti