...

Kamal Abdulla: "Prezidentin qoyduğu tapşırıqları yerinə yetirmək üçün bütün qüvvəmizi sərf edəcəyik"

Siyasət Materials 19 Mart 2014 15:28 (UTC +04:00)
Prezidentin qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün bütün qüvvəmizi sərf edəcəyik. Bunu Trend-ə eksklüziv açıqlamasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni Dövlət müşaviri Kamal Abdulla deyib.
Kamal Abdulla: "Prezidentin qoyduğu tapşırıqları yerinə yetirmək üçün bütün qüvvəmizi sərf edəcəyik"

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/

Prezidentin qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün bütün qüvvəmizi sərf edəcəyik. Bunu Trend-ə eksklüziv açıqlamasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni Dövlət müşaviri Kamal Abdulla deyib.

Dövlət müşaviri özü üçün əsas olacaq prioritetləri açıqlayaraq həmin istiqamətlərdə fəaliyyət göstərəcəyini qeyd edib: "Fəaliyyətimin əsas prioritet istiqamətləri cənab Prezidentin sərəncamında da öz əksini tapıb. Bu, millətlərarası münasibətlər, multikulturalizm və dini inam məsələləridir. Allah qoysa, Prezidentin tapşırıqlarını yerinə yetirmək üçün bu istiqamətdə çalışacaq və nə qüvvəmiz varsa, sərf edəcəyik".

Qeyd edək ki, Kamal Mehdi oğlu Abdullayev (Kamal Abdulla) Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı müvafiq sərəncamlara əsasən Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad olunaraq Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti