Azərbaycan, Bakı, 19 mart /Trend/
Ukrayna Müstəqil Dövlətlər Birliyini (MDB) tərk etmək proseduruna başlayacaq.
Trend UNİAN agentliyinə istinadən məlumat verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy brifinqdə bildirib.
Onun sözlərinə görə, müvafiq qərar Şura tərəfindən qəbul edilib: "Şura Ukraynanın MDB-dən çıxması proseduruna başlamaq barədə qərar verib".