...

İlham Əliyev "SOCAR-Georgia" şirkətinin inzibati binası ilə tanış olub

Siyasət Materials 6 May 2014 10:40
ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin inzibati binasının tikintisi məqsədilə ARDNŞ-nin Gürcüstan Nümayəndəliyi 2006-cı ildə Tbilisi şəhərinin 300 Araqveli küçəsi, 24 ünvanında yerləşən binanı və ona bitişik 4178 kvadrat metr sahəni birbaşa satış yolu ilə Gürcüstanın İqtisadi İnkişaf Nazirliyindən alıb.
İlham Əliyev "SOCAR-Georgia" şirkətinin inzibati binası ilə tanış olub

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 6 may /Trend, müxbir S.Əliyev/

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə "SOCAR-Georgia" şirkətinin inzibati binası ilə tanış olub.

Trend xəbər verir ki, 2012-ci ilin 19 sentyabr tarixində ARDNŞ-nin Gürcüstandakı mərkəzi ofisinin təntənəli açılış mərasimi baş tutub. Mərkəzi ofisin binası ARDNŞ-nin Azərbaycandan kənarda yerləşən ən böyük inzibati binası olub özündə şirkətin Gürcüstan Nümayəndəliyi, "SOCAR Energy Georgia" MMC başda olmaqla, SOCAR-a tabe törəmə şirkətləri cəmləşdirir.

ARDNŞ-nin Gürcüstan Nümayəndəliyinin inzibati binasının tikintisi məqsədilə ARDNŞ-nin Gürcüstan Nümayəndəliyi 2006-cı ildə Tbilisi şəhərinin 300 Araqveli küçəsi, 24 ünvanında yerləşən binanı və ona bitişik 4178 kvadratmetr sahəni birbaşa satış yolu ilə Gürcüstan İqtisadi İnkişaf Nazirliyindən alıb.

Bakıda İçərişəhərdə yerləşən Qız Qalasını xatırladan yeni ofisin layihəsi "Kobulia brother and Partners" arxitektura firması tərəfindən hazırlanıb. Binanın layihələndirmə və inşaatı işlərinə 2009-cu ildə başlanılıb və 2012-ci ildə tamamlanıb. Binanın ümumi sahəsi 17 600 kvadratmetr təşkil edir. Binanın layihələndirmə və inşaatına 1000 nəfərdən çox mütəxəssis cəlb olunub.

Tikintinin əsas podratçısı Türkiyənin "System İnşaat" şirkəti olub. Bina A, B, C, D və E bloklarından ibarətdir. А, В və С bloklarında ofis sahələri təşkil edilərək, 350-dən çox əməkdaşın və xidmət personalının çalışması üçün rahat şərait yaradılıb və ən yüksək beynəlxalq standartlara cavab verir. D blokunda yeməkxana və 25 ədəd avtomobil üçün nəzərdə tutulmuş yeraltı qaraj mövcuddur. E blokunda isə texniki sahə yerləşir.

ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin binası ən müasir avadanlıqlarla təchiz olunmuş mürəkkəb texniki tikintidir. Sözügedən bina Tbilisi şəhər meriyası tərəfindən təşkil olunmuş "Memarlıq Mükafatı 2011" beynəlxalq müsabiqəsində "Realizə olunmuş ictimai tikinti" nominasiyasının qalibi olub. Açılış ARDNŞ-nin Gürcüstan bazarına daxil olmasının 5 illiyinə təsadüf edərək nailiyyətlər və gələcəyə inkişafı simvolizə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti