Azərbaycan, Bakı, 14 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Manisa vilayətində çıxış edərkən işçilərin etirazları ilə qarşılaşıb. Bu barədə Trend "Aljazeera Türk" telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, Baş nazir çıxışını dayandırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, vilayətin Soma şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 238 nəfərə çatıb, 80 nəfər xəsarət alıb.