...

Azərbaycanla Türkiyə arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 26 May 2014 19:14 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Efkan Alanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanla Türkiyə arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Efkan Alanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı qonağa Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

K.Heydərov bildirib ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Türkiyənin müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq əlaqələri yüksək səviyyədədir və bu əməkdaşlığın geniş perspektivləri mövcuddur.

Türkiyəli nazir səmimi qəbula görə təşəkkürünü bildirib, bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də iki qardaş ölkənin nazirlikləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdən sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Mərkəzi və Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti