...

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi xeyriyyə yarmarkasında iştırak edib (FOTO)

Siyasət Materials 1 İyun 2014 03:21 (UTC +04:00)
Cari ilin mayın 31-də Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya şəhərində Azərbaycan Respublikasının CAR-dakı səfirliyi və “Azərbaycanın Dostları” yerli qeyri hökumət təşkilatının dəstəyi ilə “Diplomatların Həyat Yoldaşları Təşkilatının” təşkilatçılığı ilə keçirilən ənənəvi xeyriyyə yarmarkada Azərbaycan guşəsi ilə iştırak ediblər.
Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi xeyriyyə yarmarkasında iştırak edib (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend /

Cari ilin mayın 31-də Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya şəhərində Azərbaycan Respublikasının CAR-dakı səfirliyi və "Azərbaycanın Dostları" yerli qeyri hökumət təşkilatının dəstəyi ilə "Diplomatların Həyat Yoldaşları Təşkilatının" təşkilatçılığı ilə keçirilən ənənəvi xeyriyyə yarmarkada Azərbaycan guşəsi ilə iştırak ediblər.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan guşəsində adət ənənələrimizi əks etdirən suvenirlər, xalça, kitablar və digər əşyalar nümayiş edilib.

Həmçinin ölkəmiz barəsində və Azərbaycanın turistik potensialına aid Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin çap materialları çoxsaylı qonaqlara paylanılıb.

Tədbir çərçivəsində, qonaqlar qarşısında, səfirliyin nəzdində fəaliyyət göstərən uşaq rəqs qrupu müxtəlif Azərbaycan rəqsləri ilə çıxış edib.

Qeyd edilməlidir ki, Azərbaycan rəqsləri Pretoriya şəhərində keçirilən əksər yerli və beynəlxalq təbirlərin tərkib hissəsinə çevrilib və tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılanır.

Yarmarkada CAR-da akkreditə olan diplomatik korpusun nümayəndələri, çoxsaylı səfirliklər iştirak ediblər və tədbir zamanı satılan milli suvenir və müxtəlif xalqların mədəniyyətinə aid əşyalardan alınan gəlir yerli məktəblərdən birinin dəstəyinə sərf olunacaq.

Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti