...

ATƏT-in saytı haker hücumuna məruz qalıb

Siyasət Materials 4 İyun 2014 16:48 (UTC +04:00)
Naməlum şəxslər ATƏT-in rəsmi veb-saytını sındırıblar. Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü təşkilatın KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç məlumat verib.
ATƏT-in saytı haker hücumuna məruz qalıb

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Naməlum şəxslər ATƏT-in rəsmi saytını dağıdıblar. Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü təşkilatın media azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç məlumat verib.

O, özünün "Twitter" səhifəsində yazıb: "ATƏT-in saytına davam edən DDos-hücumlar yolverilməzdir, hansısa qüvvələr ifadə azadlığını məhdudlaşdırmağa cəhd göstərirlər".

Bu hücumların arxasında kimlərin dayandığı hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti