...

NATO PA-nın sessiyasında Azərbaycanın alyansla əməkdaşlığı yüksək dəyərləndirilib

Siyasət Materials 4 İyun 2014 16:25 (UTC +04:00)
NATO Parlament Assambleyasının Litvanın paytaxtı Vilnüsdə keçirilən növbəti yaz sessiyasında Azərbaycanın həm NATO-nun antiterror koalisiyasında, həm də Əfqanıstan, İraq və Kosovada sülhməramlı fəaliyyətində yaxından iştirakı yüksək qiymətləndirilib.
NATO PA-nın sessiyasında Azərbaycanın alyansla əməkdaşlığı yüksək dəyərləndirilib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

NATO Parlament Assambleyasının Litvanın paytaxtı Vilnüsdə keçirilən növbəti yaz sessiyasında Azərbaycanın həm NATO-nun antiterror koalisiyasında, həm də Əfqanıstan, İraq və Kosovada sülhməramlı fəaliyyətində yaxından iştirakı yüksək qiymətləndirilib. Bu barədə Trend-ə sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı qeyd edib ki, NATO Azərbaycanı etibarlı tərəfdaş ölkə kimi qəbul edir.

Onun sözlərinə görə, Azərbaycanın "Əfqanıstan-2014" proqramında da iştirakı yüksək dəyərləndirilib: "Eyni zamanda sessiyada qeyd olundu ki, TAP, TANAP və "Şahdəniz" layihələrinin reallaşdırılması məhz Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətli addımı nəticəsində mümkün olub. Həqiqətən də hazırkı durumda, dünyada gedən belə geosiyasi proseslər fonunda TAP, TANAP və "Şahdəniz" layihələrinin reallaşdırılması çox böyük cəsarət tələb edir".

M.İbrahimqızı bildirib ki, NATO-nun növbəti "Rouz Roud" seminarının da Azərbaycanda keçirilməsi ilə bağlı qərar NATO-nun bir tərəfdaş kimi Azərbaycana verdiyi önəmdən irəli gəlir.

Millət vəkilinin sözlərinə görə, sessiyada əsasən dünya gündəmində bir nömrəli məsələ olan Ukrayna böhranı, Ukraynanın bugünkü durumu və bundan sonra proseslərin necə davam edəcəyi kimi məsələlər, o cümlədən Ukrayna böhranı ilə bağlı yaranan problemlər ətrafında geniş müzakirələr aparılıb: "Bundan əlavə, yaz sessiyasında enerji təhlükəsizliyi və digər məsələlər ciddi müzakirə obyekti olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti