...

Abdullah Gül: Türkiyədə prezident seçkiləri demokratik atmosferdə keçiriləcək

Siyasət Materials 6 İyun 2014 10:52 (UTC +04:00)
Türkiyədə prezident seçkiləri demokratik atmosferdə keçiriləcək. Bunu ölkə Prezidenti Abdullah Gül bəyan edib.
Abdullah Gül: Türkiyədə prezident seçkiləri demokratik atmosferdə keçiriləcək

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə prezident seçkiləri demokratik atmosferdə keçiriləcək. Bunu ölkə Prezidenti Abdullah Gül bəyan edib. Bu barədə Trend cümə günü "Sabah" qəzetinə istinadən xəbər yayıb.

Dövlət başçısı bildirib ki, bu ilin avqustunda ölkədə keçiriləcək prezident seçkiləri əvvəlki dövlət başçısı seçkilərindən onunla fərqlənəcək ki, bu dəfə xalq ilk dəfə ölkənin liderini seçəcək.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-na təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti