...

Avropa Komisiyasının Prezidentinin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 13 İyun 2014 23:47 (UTC +04:00)
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Azərbaycana səfəri başlayıb.
Avropa Komisiyasının Prezidentinin Azərbaycana səfəri başlayıb

Azərbaycan, Bakı, 13 iyun/ Trend, müxbir S.Əhmədova/

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Azərbaycana səfəri başlayıb.

Bu barədə Trend-ə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Sabah Joze Manuel Barrozu ölkə rəhbərliyi və bir sıra rəsmi
şəxslər ilə görüşəcək.

Avropa Komissiyasının Prezidenti ADA Universitetində "Aİ-Azərbaycan: Yeni imkanlar və çağırışlar" mövzusunda nitqlə çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa Komissiyası prezidentinin saytında bildirilir ki, bu səfər Aİ-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi, Assosiasiya sazişi və Strateji Müasirləşdirmə Tərəfdaşlığı ətrafında danışıqlara yeni impuls vermək üçün bir imkandır.

Onu da qeyd edək ki, bundan öncə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Azərbaycana 2011-ci il yanvarın 13-də səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti