...

Türkiyədə hərbi çevrilişə cəhddə təqsirləndirilən 230 nəfər azad edilib

Siyasət Materials 19 İyun 2014 18:55 (UTC +04:00)
Türkiyədə "Gürz" ("Balyoz") dövlət çevrilişi planı haqqında iş üzrə həbs olunmuş 230 nəfərin azad edilməsi ilə bağlı qərar qəbul edilib.
Türkiyədə hərbi çevrilişə cəhddə təqsirləndirilən 230 nəfər azad edilib

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Türkiyədə "Gürz" ("Balyoz") dövlət çevrilişi planı haqqında iş üzrə həbs olunmuş 230 nəfərin azad edilməsi ilə bağlı qərar qəbul edilib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, İstanbulun IV Ağır Cinayətlər Məhkəməsi vəkillərin ərizələrinə baxaraq, bu iş üzrə 230 məhkumun azad edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Konstitusiya Məhkəməsi qərara almışdı ki, "Gürz" hərbi dövlət çevrilişi planı haqqında iş üzrə məhkumların hüquqları onlara qarşı dəlillər toplanarkən pozulub.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilənlərə qarşı dəlillər qanunsuz dinləmələr də daxil olmaqla qeyri-qanuni yolla toplanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti