...

Nəbi Xəzrinin 90 illik yubileyi keçiriləcək

Siyasət Materials 25 İyun 2014 19:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Nəbi Xəzrinin 90 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2014-cü ilin dekabr ayında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq şairi Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 90 illiyi tamam olur.

Nəbi Xəzri bədii söz sənətini yeni keyfiyyətlərlə zənginləşdirib onun imkanlarını genişləndirmişdir. Şairin humanist dəyərləri poetik-fəlsəfi mənalandırma gücü, dərin lirizmi, vətəndaşlıq qayəsi və milli koloriti ilə seçilən yaradıcılığı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynayır.

Sərəncamda qeyd olunur ki, xalq şairi Nəbi Xəzrinin Azərbaycan ədəbiyyatının inkişafında təqdirəlayiq xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti