...

İtaliya Aİ-nin sədrliyi vəzifəsində Yunanıstanı əvəz edib

Siyasət Materials 1 İyul 2014 14:52 (UTC +04:00)
İyulun 1-dən Avropa İttifaqında (Aİ) sədrlik rotasiya qaydasına əsasən, İtaliyaya keçir. Cari ilin sonunadək Aİ-nin bütün şuralarının işinə italiyalı nazirlər rəhbərlik edəcəklər.
İtaliya Aİ-nin sədrliyi vəzifəsində Yunanıstanı əvəz edib

Azərbaycan, Bakı, 1 iyul /Trend/

İyulun 1-dən Avropa İttifaqında (Aİ) sədrlik rotasiya qaydasına əsasən, İtaliyaya keçir. Cari ilin sonunadək Aİ-nin bütün şuralarının işinə italiyalı nazirlər rəhbərlik edəcəklər.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, İtaliyanın Baş naziri Matteo Rentsi ölkəsinin Aİ-də sədrliyindən istifadə edərək təşkilatı gənclər arasında kütləvi işsizlik, qaçqın axını ilə bağlı problemlərin həlli və s. məsələlərlə mübarizə aparmaq üçün səfərbər etmək niyyətindədir.

Onun sözlərinə görə, Avropa sadəcə müxtəlif məcəllələrin, parametrlərin yığıncağı ola bilməz: "İndiki darıxdırıcı qoca Avropa hesablaşmalarda itib qalıb və ruhundan məhrum olub".

Bu ilin ilk 6 ayında Yunanıstan Aİ-də sədrlik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti