...

Avropa Xalq Partiyasının nümayəndələri QHT-lərə Dövlət Dəstəyi Şurasında müzakirələr aparıblar

Siyasət Materials 7 İyul 2014 20:36 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa Xalq Partiyasının baş katibi Antonio-Lopez İsturizinin başçılıq etdiyi Mərkəzçi Demokratlar İnternasionalının faktaraşdırma missiyasının üzvləri ilə görüş keçirilib.
Avropa Xalq Partiyasının nümayəndələri QHT-lərə Dövlət Dəstəyi Şurasında müzakirələr aparıblar

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa Xalq Partiyasının baş katibi Antonio-Lopez İsturizinin başçılıq etdiyi Mərkəzçi Demokratlar İnternasionalının faktaraşdırma missiyasının üzvləri ilə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək ölkəmizdə QHT sektorunun inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti haqqında danışıb. A.Quliyev Şuranın fəaliyyəti dövrü ərzində insan hüquqları, təhsil, mədəniyyət və digər sahələr üzrə yüzlərlə yerli QHT-nin layihələrini maliyyələşdirdiyini bildirib.

O, həmçinin Şuranın xarici QHT-lər üçün qrant proqramı haqqında qonaqlara dolğun məlumat verərək müxtəlif mövzular üzrə bir çox nüfuzlu Avropa təşkilatları ilə əməkdaşlıq etdiklərini vurğulayıb. A.Quliyev Şura ilə Avropa Xalq Partiyası arasında da vətəndaş cəmiyyətinin inkişafı istiqamətində uğurlu əməkdaşlıq münasibətləri qura biləcəklərini bildirib.

Mərkəzçi Demokratlar İnternasionalının faktaraşdırma missiyasının üzvləri Şuranın fəaliyyətini müsbət qiymətləndirdiklərini və ikitərəfli əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti