Azərbaycan, Bakı, 16 iyul /Trend/
Prezident İlham Əliyev Tofiq Zeynalovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Tofiq Məhəmmədəli oğlu Zeynalov "Şöhrət" ordeni ilə təltif edilir.