...

İsmayıl Alper Coşqun: Ərdoğanın ilk səfərini məhz Azərbaycana etməsi gözlənilən idi

Siyasət Materials 15 Avqust 2014 17:10
"Avqustun 10-da Türkiyədə keçirilən prezident seçkilərində səs çoxluğu ilə qalib gələn ölkənin keçmiş Baş nazir Rəcəb Tayyib Ərdoğanın ilk rəsmi səfərini Azərbaycana etməsi ənənəvi prosesdir".
İsmayıl Alper Coşqun: Ərdoğanın ilk səfərini məhz Azərbaycana etməsi gözlənilən idi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"Avqustun 10-da Türkiyədə keçirilən prezident seçkilərində səs çoxluğu ilə qalib gələn ölkənin keçmiş Baş nazir Rəcəb Tayyib Ərdoğanın ilk rəsmi səfərini Azərbaycana etməsi ənənəvi prosesdir". Trend-in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Diplomat bildirib: "Səfərin tarixinə gəlincə, hələlik dəqiq məlumat yoxdur. Çünki Ərdoğanın prezidentliyi hələ rəsmiləşməyib. Lakin ənənələrə sadiq qalaraq, Ərdoğan açıqlamasınsa ilk səfərini Azərbaycana edəcəyini bəyan edib".

Baş tutacaq səfərdə hansı məsələlərin müzakirəsinə gəlincə, səfir əlavə edib ki, iki ölkə arasında münasibətlər yüksək xətlə inkişaf edir: "İlk səfərin məhz Azərbaycana olmasında məqsəd də inkişaf edən münasibətləri daha da irəlilətməkdir. Qeyd etməliyəm ki, bir çox vacib layihələri həyata keçiririk. Misal olaraq, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası başda olmaqla, işlərimizi davam etdiririk. Təmas xəttində son günlərdə yaşanan gərginliklər də əsas müzakirə mövzularından biri ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti