...

Müdafiə Nazirliyi Ukraynadakı separatçıları bombalayan NATO təyyarələrinin Azərbaycan aerodromlarından istifadəsinə dair yayılan məlumatlara aydınlıq gətirdi

Siyasət Materials 19 Avqust 2014 15:39 (UTC +04:00)
Müdafiə Nazirliyi bəzi KİV-lərdə Ukraynadakı separatçıları bombalayan NATO təyyarələrinin Azərbaycandakı aerodromlardan istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyi Ukraynadakı separatçıları bombalayan NATO təyyarələrinin Azərbaycan aerodromlarından istifadəsinə dair yayılan məlumatlara aydınlıq gətirdi

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Müdafiə Nazirliyi bəzi KİV-lərdə Ukraynadakı separatçıları bombalayan NATO təyyarələrinin Azərbaycandakı aerodromlardan istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Trend-in Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin açıqlamasında deyilir:

"Bəzi kütləvi informasiya vasitələrində NATO-ya məxsus təyyarələrin Ukraynadakı separatçıları bombalamaq məqsədilə yanacaq doldurulması üçün müxtəlif dövlətlərlə yanaşı, guya Azərbaycan ərazisindəki aerodromlardan da istifadə etməsi haqqında yayılan və heç bir fakta söykənməyən məlumatların əsası yoxdur və bu kimi informasiyalar təxribat xarakteri daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti