...

İran Prezidenti istefaya göndərilmiş naziri elmi məsələlər üzrə müşaviri təyin edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 Avqust 2014 17:41
İran Prezidenti Həsən Ruhani Rza Fərəci Dananı elmi və maarifləndirmə məsələləri üzrə müşaviri təyin edib.
İran Prezidenti istefaya göndərilmiş naziri elmi məsələlər üzrə müşaviri təyin edib (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Elmira Tariverdiyeva/

İran Prezidenti Həsən Ruhani Rza Fərəci Dananı elmi və maarifləndirmə məsələləri üzrə müşaviri təyin edib. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

Elm, tədqiqatlar və texnologiyalar naziri olmuş R.F.Dana İran parlamentinin H.Ruhani dövründə vəzifədən kənarlaşdırdığı ilk nazirdir.

Dövlət başçısı, həmçinin islahatçı siyasətçi Məhəmməd Əli Nəcəfini elm, tədqiqatlar və texnologiyalar naziri vəzifəsini icra edən təyin edib. Məlumatı IRNA yayıb.

M.Ə.Nəcəfi H.Ruhani hakimiyyətə gələrkən vitse-prezident və İranın Mədəni İrs, Turizm və Sənətkarlıq Təşkilatına rəhbər təyin edilmişdi. O, 2013-cü ilin yanvarında vəzifəsindən istefa verərək Prezidentin müşaviri və Koordinasiya İqtisadi Komitənin katibi vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, bu gün İran parlamenti elm, tədqiqatlar və texnologiyalar naziri R. F. Dananın impiçmentini elan edib.

Belə ki, nazir bu gün İran parlamentinin iclasında deputatların suallarına cavab verərkən ona qarşı impiçment elan edilib.

145 deputat impiçmentin lehinə, 110-u əleyhinə səs verib, 15-i isə bitərəf qalıb.

Tənqidçilər naziri akademik mühiti siyasiləşdirməkdə və ölkənin bəzi siyasətçilərini öz müşaviri təyin etməkdə günahlandırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti