...

Azərbaycan və BƏƏ arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 21 Avqust 2014 17:15
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), xüsusilə Dubay Əmirliyi arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivləri Azərbaycanın Dubay şəhərindəki baş konsulu Pərviz İsmayılzadənin Əmirliyin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin rəis müavini general-mayor Ubeyd Muheyr bin Surur ilə görüşündə müzakirə olunub.
Azərbaycan və BƏƏ arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), xüsusilə Dubay Əmirliyi arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivləri Azərbaycanın Dubay şəhərindəki baş konsulu Pərviz İsmayılzadənin Əmirliyin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin rəis müavini general-mayor Ubeyd Muheyr bin Surur ilə görüşündə müzakirə olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı P.İsmayılzadə həmsöhbətinə son illər ərzində ölkəmizdə miqrasiya sahəsində aparılan islahatlar, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

P.İsmayılzadə, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni istifadəyə verilmiş Aerovağzal kompleksi barədə məlumat verib. Baş konsul Azərbaycanla BƏƏ arasında miqrasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində, Ubeyd Muheyr bin Surur Dubay Əmirliyinin ölkəmiz ilə miqrasiya sahəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti