...

Zakir Həsənov Rumıniyaya rəsmi səfər edəcək

Siyasət Materials 26 Avqust 2014 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Müdafiə naziri Rumıniyaya rəsmi səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rumıniya Milli Müdafiə naziri cənab Mirça Duşanın dəvətilə avqustun 27-də bu ölkəyə rəsmi səfər gedəcək.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə ediləcəyi planlaşdırılır.

Səfər avqustun 28-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti